Tramp "Apple"ə güzəşt edə bilər

Tramp "Apple"ə güzəşt edə bilər
08:27 21 Noyabr 2019
74 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp "Apple"ın Çindən ona gələn malların gömrük rüsumlarından azad edilməsinin mümkünlüyünü nəzərdən keçirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu ölkə başçısı "Apple" şirkətinin baş direktoru Tim Kuk ilə birgə Texas ştatının paytaxtı Ostində şirkətə məxsus kompüter yığma müəssisəsini ziyarət etdikdən sonra jurnalistlərə deyib.

D.Tramp əlavə edib: "Biz "Apple" şirkətinə "Samsung"la eyni münasibət bəsləməliyik".

Avqustun 20-də Donald Tramp "Apple" öz istehsalını Çindən köçürülməli olduğunu bildirib. ABŞ prezidentinin sözlərinə görə, iyulun ortalarından avqustun sonunadək ÇXR-sı xarici şirkətlərin zavodlarını Birləşmiş Ştatların gömrük rüsumları tətbiq etmədiyi ölkələrə köçürdüyü üçün 2 milyard dollar itirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/803930.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR