Gələn il “5G” dəstəkli “Xiaomi” smartfonları buraxılacaq

Gələn il “5G” dəstəkli “Xiaomi” smartfonları buraxılacaq
08:32 21 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

"Xiaomi" şirkətinin baş direktoru Ley Tszyun illik "China Mobile Global Partner" konfransı çərçivəsində 2020-ci ildə qiyməti 285 dollardan baha bütün yeni smartfonların beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən modemlərlə təchiz ediləcəyini bildirib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, onun sözlərinə görə, növbəti ildə "5G" dəstəkli 10 mobil qurğu modelinin, o cümlədən "Redmi Note 9 Pro" smartfonunun istehsalı planlaşdırılır.

Bildirilir ki, hazırda "5G" modeminə iki "Xiaomi" smartfonu və "Mi Mix Alpha" prototipi malikdir.

Qeyd edək ki, 2010-cu ildə təsis edilən Çinin "Xiaomi Corporation" şirkəti smartfonların istehsalı və satışına görə dünyada altıncı, Çində isə dördüncü yeri tutur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/803459.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR