Gürcüstanda hökumət binasının təhlükəsizliyi gücləndirilib

Gürcüstanda hökumət binasının təhlükəsizliyi gücləndirilib
10:22 21 Noyabr 2019
75 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstanın hökumət administrasiyasının binası ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.
“Report”un yerli bürosu xəbər verir ki, buna səbəb müxalifət partiyaları nümayəndələri və ictimai fəalların bu gün saat 11:00-a hökumət binası qarşısında təyin etdikləri etiraz aksiyasıdır.
Aksiyada seçki sisteminin dəyişdirilməsi tələb olunacaq.
Əraziyə çox sayda polis əməkdaşları cəlb olunub.
Hazırda Nazirlər Kabinetinin binasında hökumətin iclası keçirilir. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/gurcustanda-hokumet-binasinin-tehlukesizliyi-guclendirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR