Azərbaycanda Təhsil Nazirliyi nəzdində idarəetmə qrupu yaradılıb

Azərbaycanda Təhsil Nazirliyi nəzdində idarəetmə qrupu yaradılıb
10:37 21 Noyabr 2019
42 Ölkə
Ölkə mətbuatı
A- A+

"2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nın İdarəetmə Qrupu yaradılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Baş nazir Əli Əsədovun qərarına əsasən, qrup, "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nın icrasını təmin etmək məqsədilə Təhsil Nazirliyinin nəzdində yaradılır.

İdarəetmə Qrupunun fəaliyyəti ilə bağlı xərclər Azərbaycan Respublikası Dövlət Neft Fondunun (bundan sonra - ARDNF) vəsaiti hesabına maliyyələşdirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/803976.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR