Türk şirkəti iflas edən nəhəng şirkəti alır

Türkiyəyə məxsus "Anex Tour" şirkəti "Thomas Cook" şrkətinin Almaniya şöbəsi olan Öger Tours və Bucher Reisen, Neckermann şirkətlərini alır.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, "Thomas Cook"un iflas müddətini idarə edən şəxs tərəfindən edilən açıqlamada satın almanın maliyyə tərəfləri açıqlanmayıb.

Qeyd edək ki, "Anex Tour" daha əvvəl eyni şirkətin Rusiya şöbəsi olan "İntourist"i almışdı. Açıqlamaya görə, 1996-cı ildə qurulan və 48 ölkədə təmsilçisi oolan "Anex Tour"un 18 ölkədə ofisi var və təxminən 6 min 500 nəfərlik heyəti mövcuddur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR