Məşhur aktrisadan sevişmə səhnələri ilə bağlı:

Dünyaca məşhur "Game of Thrones" serialında "Khaleesi" xarakterini canlandıran aktrisa Emiliya Klark serialdakı sevişmə səhnələri haqqında açıqlamalar verib.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, 33 yaşlı ingilis aktrisa çəkildiyi sevişmə səhnələrindən dolayı çox narahat olduğunu və bu səhnələrin silinməsi üçün rejissorlarla mübahisə etdiyini deyib. Sektora yeni başladığı zamanlarda özünü qəbul etdirmək üçün bir çox sevişmə səhnəsinə çəkildiyini söyləyən Klark bildirib ki, sonradan rejissorlar onu buna məcbur ediblər.

Gözəl aktrisa bundan əvvəlki müsahibəsində isə ssenarini oxuduqdan sonra atasına "İlk beş bölümü qətiyyən izləməyəcəksən" dediyini bildirmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR