Oqtay Gülalıyev daha bir əməliyyat keçirdi - Beyninə “trubka” qoyuldu

Oqtay Gülalıyev daha bir əməliyyat keçirdi - Beyninə “trubka” qoyuldu
11:13 21 Noyabr 2019
97 Ölkə
Ölkə mətbuatı
A- A+

Türkiyədə müalicə olunan və 20 gündən çoxdur ki, komadan ayılmayan hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhətində heç bir dəyişiklik yoxdur.

Publika.az xəbər verir ki, son olaraq sosial şəbəkələrdə hüquq müdafiəçisinin gözlərini açdığı barədə xəbər yayılıb.

Lakin bu xəbər onun oğlu Təbriz Gülalıyev tərəfindən Feysbuk statusunda təkzib edilib. T.Gülalıyev bu sözləri qeyd edib: "Əziz dostlar, atam Oqtay Gülalıyev "gözlərini açıb" məlumatı yanlışdır. Xahiş edirəm ki, qardaşım Əli Gülalıyev və mən belə bir məlumat vermədiyimiz halda bu cür paylaşımlar edib, insanları səhv məlumatlandırmayın. Tezliklə atamın aramıza qayıtması ümidi ilə..."

Başqa bir statusunda isə bildirib ki, atası İstanbulda yerləşən Amerika xəstəxanasına köçürülüb. Həkimlər köçürülməsində heç bir təhlükə olmayacağını deyiblər.

O.Gülalıyev barədə son məlumat odur ki, hüquq müdafiəçisi noyabrın 20-də əməliyyat olunub.

Xatırladaq ki, oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi "Hyundai Accent" markalı avtomobillə yolu keçən piyada, hüquq müdafiəçisi Oqtay Gülalıyevi vurub. Nəticədə ağır xəsarət alan hüquq-müdafiəçisinin beyninə qan sızıb. Oktyabrın 30-da "City Hospital"da O.Gülalıyevin üzərində cərrahiyyə əməliyyatı keçirilib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/296770.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR