Bakıda 8 otaqlı evdə yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Binəqədi rayonunda ümumi sahəsi 360 m² olan mansarda tipli ikimərtəbəli 8 otaqlı evin 1-ci mərtəbəsinin mətbəxində 2 p.m mətbəx mebeli və 3 m² sahədə əşyalar yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Milli.Az