Rafaellə Coşqunun məşhur müğənni ilə pul üstündə davaları düşdü - VİDEO

Rafaellə Coşqunun məşhur müğənni ilə pul üstündə davaları düşdü - VİDEO
11:28 21 Noyabr 2019
166 Şou
Ölkə mətbuatı
A- A+

"Bu Şəhərdə" komandası "Ci-Mi" filmindən sonra növbəti kinosunu təqdim etməyə hazırlaşır.

Publika.az xəbər verir ki, 11 ildən sonra Müşviq Abbasov "Şabaş" adlı filmini dekabrın 5-də "CinemaPlus" kinoteatrında tamaşaçılara təqdim edəcək. Ənənəyə sadiq qalaraq, kinonun baş rollarını əməkdar artistlər Rafael İsgəndərov və Coşqun Rəhimov ifa edib.

Yeni layihəsi barədə Müşviq Abbasov açıqlama verib:

"İllər ərzində konsertlərə və qastrol səfərlərə görə filmə vaxt ayıra bilmirdik. Bu kinonun ssenarisi 10 ildən çoxdur hazır idi, amma saxlamalı olmuşduq. Vaxtımız yox idi. İnşaallah tamaşaçı öz fikrini deyəcək. Gələcəkdə mütəmadi olaraq film istehsal edib tamaşaçıların ixtiyarına buraxacağıq".

Abbasov "Şabaş" filminin məzmunu haqda qısa məlumat da verib:

"Kinonun məğzində Rafael və Coşqun musiqiçidirlər. Biri qoşa nağara, digəri isə qarmon ifaçısıdır. Günlərin bir günü toylarına getdikləri müğənniylə pul üstündə davaları düşür. Sonra isə ayrılırlar. Pulsuz qalmasınlar deyə, bir çox toylara gedirlər. Həmçinin qadın toylarına da gedirlər. Hələlik bu qədər bəsdir, qalanını kinoteatrda izləyə bilərsiniz".


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin1/296763.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR