Bullinqlə bağlı tədbir keçirilib -

17 noyabr 2019 tarixində “Let me be myself – Qoy özüm olum” layihəsi çərçivəsində çox funksiyalı tədbir baş tutub.

Metbuat.az xəbər verir ki, bu layihə MitOst Assosiasiyasının dəstəyi, Education Hub-ın təşkilatçılığı ilə "İnkişaf Zamanı" proqramı çərçivəsində həyata keçirilib.

Təşəbbüsün əsas məqsədi cəmiyyətdə bullinqə məruz qalan şəxslərin problemlərini işıqlandırmaq və insanların bu problem barədə düşünməsinə səbəb olmaqdır.

Üç mərhələdən ibarət olan tədbirə fotosərgi, performans və sosial çarxın təqdimatı daxil olub.

Müxtəlifliklərinə görə insanların bullinqə məruz qalmasını özündə əks etdirən sərgi vasitəsilə cəmiyyətə, xüsusilə yeniyetmələrə bu problemlə bağlı informasiyalar çatdırılıb. Daha sonra tədbirin performans mərhələsinə keçid edilib. Burada isə könüllü komandadan ibarət performerlər xüsusi ssenari üzrə yazılmış tamaşanı səhnələşdiriblər.

Performans bitdikdən sonra isə layihə təşkilatçıları və qonaqlarla performansla bağlı müzakirələr aparılıb.

Daha sonra tədbir videoçarxın nümayişi ilə yekunlaşıdırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR