II Yelizavetanın oğlu “cinsi istismar qalmaqalı”na görə

Britaniyanın kral ailəsi itkilərlə üzləşir. Belə ki, şahzadə Endryu kraliçanın qohumu kimi üzərinə qoyulan bütün imtiyaz və səlahiyyətlərdən imtina edib.

Metbuat.az bildirir ki, bu barədə RenTV məlumat yayıb.

Bildirilir ki, II Yelizavetanın oğlu özü ilə bağlı yaranan qalmaqala görə bütün rəsmi və qeyri-rəsmi vəzifələrdən getmək qərarına gəlib.

Məlum olub ki, o, yüksək rütbəli və məşhur tanışları üçün yetkinlik yaşına çatmayan qızların iştirakı ilə gecələr təşkil edən məşhur maliyyəçi Cefri Epşteynlə dostluq münasibətlərində olub. Şahzadə Endryu özü şəxsən bir neçə belə tədbirdə iştirak edib.

Kraliçanın oğlu bunu təkzib etsə də, bir gün əvvəl Britaniya mətbuatı çəkiliş və foto şəklində sübutlar dərc edib. Nəticədə, Kral ailəsinin nüfuzuna ciddi xələl gəlib, həmçinin, bir sıra kompaniyalar şahzadə ilə işgüzar münasibətləri dayandırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR