Bacısından Bergüzar Korel haqqında ŞOK SÖZLƏR: “Məni uçurumdan atdı, cənazəmi qaldırdılar”

Bacısından Bergüzar Korel haqqında ŞOK SÖZLƏR: “Məni uçurumdan atdı, cənazəmi qaldırdılar”
12:08 21 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Məşhur aktyorlar Hülya Dercanla Tanju Korelin böyük qızı, aktrisa Bergüzar Korelin Amerikada xadimə işləyən bacısı Zeynəb Korel, ailəsi haqqında şok faktları açmağa davam edir.

Publika.az xəbər verir ki, bacılar arasında qalmaqal gündən-günə şiddətlənir. O, vəkili ilə birlikdə maqazin verilişinə canlı yayımla qoşularaq açıqlamalar verib:

“Açıqlandığı kimi bir dram yoxdur. Təmizlik işinə başladım, çünki ABŞ-da xadiməyə ehtiyac var. Təmizlik şirkəti açmağı düşünürəm. Mən müğənni deyiləm, aktrisa deyiləm. Niyə gündəmə gəlməyə çalışmalıyam?

Vəkilimlə Bergüzardan açıqlama verməsini xahiş etdik. Bir cümlə ilə mənə heç vaxt pul vermədiyini, yalnız qızımın təhsil haqqına yardım etdiyini deyə bilərdi. İndi hamiləliyini səbəb göstərirlər, əgər bir insan hamilədirsə, əvvəlcədən belə rəzil etiraf etməməli idi. Hamiləliyini düşünürsə, bizdən uzanan zeytun budağına cavab verərdi.

Anama təmizlik şirkətində çalışacağımı söylədiyimdə onu və bacımı düşünmədiyimi, əgər Türkiyədə eşidirlərsə etibarlarının sarsılacağını söylədi. Uşaqlıqdan bəri anamın övladları arasında ayrıseçkilik etdiyini düşünürdüm. Anam məni uçurumdan atdı, cənazəmi qaldırdılar. Bu böhtanı mənə atdıqları zaman bir şeyi unutdular, ABŞ-da heç bir şey edə bilməyəcəyimi düşündülər. Ancaq sona qədər mübarizə aparacağam”.

Zeynəb Korelin vəkili isə onun Amerikada bir qadınla münasibət qurması barədə yayılan xəbərlərə münasibət bildirib və bu məlumatın yalan olduğunu qeyd edib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin2/296771.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR