Texnologiyada 4 milyard dollarlıq nəhəng birləşmə

Onlayn ödəmə sistemi "PayPal" texnologiya məhsulları alış-veriş platforması olan "Honey Science"i 4 milyard dollar qarşılığında satın almaq barədə razılaşıb.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, "PayPal" rəhbəri Dan Skulman bu barədə açıqlama yayıb. Şirkət "Honey"i öz məhsulları sırasına əlavə etməyi planlaşdırır.

Onlayn alış-veriş edənlər üçün endirimləri tapmağa yardım edən "Honey" şirkəti 2012-ci ildə qurulub. Şirkətin aylıq 17 milyon aktiv istifadəçisi mövcuddur. "Paypal" isə 300 milyon aktiv istifadəçini özündə birləşdirir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR