Şəmkirdə fermadan 8 baş inək oğurlanıb

Şəmkirdə fermadan 8 baş inək oğurlanıb
13:02 21 Noyabr 2019
85 Digər
Ölkə mətbuatı
A- A+

Şəmkirdə inək oğurlayan şəxslər saxlanılıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, noyabrın 19-da saat 3 radələrində Şəmkir rayonunun Bayramlı kəndi ərazisindəki fermaların birindən 8 baş inəyin oğurlanması barədə DİN-in “102” Zəng Mərkəzinə məlumat daxil olub.
Dərhal Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Fermanın gözətçisi izahatında şəxsiyyəti məlum olmayan 4 nəfərin ona hədə-qorxu gələrək inəkləri aparmasını bildirib
Faktla əlaqədar Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.
Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat tədbirləri ilə oğurluğun Gəncə şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş R.Vəliyev tərəfindən bir qrup şəxslə birgə törədilməsi müəyyən edilib.
Araşdırmalarla o da müəyyən edilib ki, onlar oğurlanan iməkləri Tovuz rayon sakini F.İbrahimova satıb, sonuncu isə heyvanları həmyerlisinə məxsus “QAZel” markalı avtomobilə yükləyib aparıb.
İnəklər tapılaraq sahibinə qaytarılıb.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən R.Vəliyev və qrupun digər üzvləri - Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - O.Sinisin və R.Moskalyov polis əməkdaşları tərəfindən saxlanılıb. 
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/semkirde-fermadan-8-bas-inek-ogurlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR