AYİB “Şərq tərəfdaşlığı”nın ilk investisiya sammitini keçirəcək

AYİB “Şərq tərəfdaşlığı”nın ilk investisiya sammitini keçirəcək
13:12 21 Noyabr 2019
59 Ölkə
Ölkə mətbuatı
A- A+

Avropa İttifaqı "Şərq tərəfdaşlığı"nın üzv ölkələrinin ilk investisiya sammiti noyabrın 22-də Avropa Yeindənqurma və İnkişaf Bankının (AYİB) Londondakı mənzil-qərargahında keçiriləcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, AYİB "Şərq tərəfdaşlığı"nın mövcud olduğu 10 il ərzində üzv ölkələrin hər biri ilə (Azərbaycan, Gürcüstan, Belarus, Moldova, Ukrayna və Ermənistan) sıx əlaqələr qurub.

Birgünlük sammit çərçivəsində dövlət və hökumət başçıları, Avropa İttifaqı və AYİB-in nümayəndələri, beynəlxalq investorlar və sahibkarlar altı ölkədə yeni biznes imkanlarını müzakirə edəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/804025.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR