Argentinada fabrikdə partlayış baş verib, 5 nəfər ölüb

Argentinada fabrikdə partlayış baş verib, 5 nəfər ölüb
13:22 21 Noyabr 2019
80 Digər
Ölkə mətbuatı
A- A+

Argentinanın şimal-qərbində, Jujuy əyalətinin San Pedro de Jujuy şəhəri yaxınlığında yerləşən “La Esperanza” şəkər fabrikində ötən gün baş verən partlayış və yanğın nəticəsində 5 nəfər ölüb, 10-dək insan xəsarət alıb.
“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, əyalətin iqtisadi inkişaf və istehsalat naziri Xuan Karlos Abud Robles alkohol çənində baş verən partlayışdan sonra başlayan yanğının şəkər qamışından alınan və tez alışan baqas (jmıx) olduğu bölmələrə yayıldığını açıqlayıb. 
Şahidlərin sözlərinə görə, alovun hündürlüyü 10 metrə çatıb, daha bir neçə partlayış səsi eşidilib. Ətrafdakı sakinlər təxliyyə olunublar.
Hadisə yerinə 8 yanğın bölməsinin cəlb edilib, alovun nəzarətə götürülüb. 
Hazırda araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/argentinada-fabrikde-partlayis-bas-verib-5-nefer-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR