Türkiyədə itdiyi iddia olunan futbolçu üzə çıxıb

Türkiyədə itdiyi iddia olunan futbolçu üzə çıxıb
15:22 21 Noyabr 2019
103 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin “Ankaragücü” klubunun futbolçusu Zaur Sadayev itkin düşməsi ilə bağlı xəbərləri gülüşlə qarşılayıb.
“Report” xəbər verir ki, 30 yaşlı hücumçu bu barədə özünün “Instagram” səhifəsində yazıb. Rusiyalı oyunçu məsələyə bu cür aydınlıq gətirib: “Bu klubda oynamayacağımı qərara aldım. Müqavilə pozulub! Vəssalam”.
Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən sonra klubun bazasına dönməyən Sadayevin bir neçə aydır əmək haqqı almadığı üçün bu cür addım atdığı bildirilir.
Qeyd edək ki, çeçenistanlı futbolçu bu ilin fevralında “Ankaragücü”nə keçib. Onun paytaxt klubu ilə 30 iyun 2020-ci ilə qədər müqaviləsi vardı.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/turkiyede-itdiyi-iddia-olunan-futbolcu-uze-cixib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR