Uran “Ölü sevgi”sinə Fransada klip çəkdirdi

Uran “Ölü sevgi”sinə Fransada klip çəkdirdi
15:33 21 Noyabr 2019
156 Şou
Ölkə mətbuatı
A- A+

Bir müddətdir ki, Fransada yaşayan reper Uran Fransada "Ölü sevgi" adlı trekinə klip çəkdirir.

Publika.az xəbər verir ki, bu barədə sənətçi özü məlumat verib.

Trekin musiqisi Ələkbər Hüseynovla, tanınmış musiqiçi İsfar Sarabskiyə məxsusdur. O, bildirib ki, klipin çəkilişləri hələ davam edir. Ekran işi yaxın günlərdə təqdim olunacaq.

Reper onu da əlavə edib ki, "Ölü sevgi" parçasının sözləri 2006-cı ildə yazılıb:

"Ayrılıq haqqında olan trek "Mənasız Şeylər"(2009) albomuna daxil olmalı idi - yerini "Külək" tutdu. 2010-cu ildə orijinal musiqinin yerinə yeni versiya gəldi…"


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin1/296793.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR