BDU-da ölümlə nəticələnən zəhərlənmənin

Bakı Dövlət Universitetinin Mətbuat prospekti 36 ünvanında yerləşən 2 saylı yataqxanasında zəhərlənmənin təfərrüatı bəlli olub.

Metbuat.az xəbər verir ki, zəhərlənmə halı ötən gün, axşam saatlarında müşahidə edilib.

Qızların halı pisləşdiyindən təcili tibbi yardım çağırılıb və onlara iynə vurulub. Həkimlər qızları xəstəxanaya aparmaq istəsə də, tələbələr bundan imtina edib. Müalicə ambulator şəraitdə davam etdirilib.

Bu gün səhər 11 radələrində yenidən təcili tibbi yardım çağırılıb. Bu zaman artıq Şəkər Xasmətovanın öldüyü məlum olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR