Sosial şəbəkə 400 min nəfəri bloka atdı - Maraqlı SƏBƏB

Sosial şəbəkə 400 min nəfəri bloka atdı - Maraqlı SƏBƏB
15:43 21 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Dünyanın ən böyük mesajlaşma platforması olan Vatsap 400 min nəfəri bloka atıb.

Publika.az xəbər verir ki, buna səbəb 2018-ci ildə Braziliyada keçirilən prezident seçkilərində sosial media vasitəsilə saxta xəbərlərin yayılmasıdır.

Şirkət rəsmiləri məlumatı təsdiqləyib:

“Vatsap” şifrəli platformadır. Avtomatik və toplu mesajlaşmaya dair verilən qərarlar mesajlaşma məzmununu deyil, hesab davranışlarını hədəf alır”.

Saxta xəbərlər sayəsində hansı namizədlərin üstünlük qazandığı, hansılarınsa az səs topladığı hələlik açıqlanmayıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/ikt/296799.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR