Leanardo Da Vinçi sərgisi Lüvr muzeyində rekord qırdı

Fransanın Pariş şəhərində dünyaca məşhur Lüvr muzeyində renesansın ən önəmli rəssamlarından Leanardo Da Vinçinin ölümünün 500 illiyi səbəbi ilə sərgi açılıb.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, 24 oktyabrda açılan və 162 müxtəlif əsərin nümayiş etdirildiyi sərgiyə 1 ay olmamış artıq 365 min nəfərin gəldiyi bildirilib. Bu isə Lüvr muzeyi üçün rekord say deməkdir.

Qeyd edək ki, bu sərginin açılması üçün 10 ildir hazırlıq görüldüyü bildirilib. Sərgidə həmçinin müxtəlif ölkələrdən hədiyyə edilən tablolar da nümayiş olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR