Quş tükü yorğan və yastıqlar sağlamlığa zərərlidirmi?

Mütəxəssislərə görə, quş tükündən hazırlanan yastıqlar sağlamlığımıza olduqca zərərlidir.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, "British Medical Journal"da yayımlanan bir xəstə sənədlərində quş tükü səbəbiylə ağ ciyərdə yaranan iltihablanmalardan bəhs edilib. Buna görə də, quş tükü yorğanın yaratdığı toz ağciyər iltihabı, nəfəs darlığı, gecə tərləməsi və quru öskürəyə səbəb olur.

Xəstələri müayinə edən həkimlər ilk olaraq evdəki yorğan və yastıqların nədən hazırlandığını soruşurlar. Amma məqalədə yer alan digər mütəxxəssislər xəstələrin yataq dəstlərinin bütünlüklə araşdırılmasını bildirirlər. Əks halda bu yalnış diaqnoza səbəb ola bilər.

Sözügedən məqalədə mövzu haqqındakı məlumatda 43 yaşlı xəstənin daha əvvəl heç siqaret çəkmədiyi, amma 3 aydır nəfəs darlığı və yorğunluq əlamətləri olur. Xəstə yenidən bir neçə testdən keçir və aparılan müayinələr nəticəsində bu şəxsin quş tüklərinə qarşı yüksək antikorlarının olduğu müəyyən olunub.

Daha sonra xəstə aparılan bir neçə müailəcədən və yataq dəstləri dəyişdirildikdən sonra 6 ay müddətinə sağalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR