Bu axşam Bakıda internet problemi olacaq -

Noyabrın 21-də axşam saatlarında "Bakı Telefon Rabitəsi" MMC-nin internet şəbəkəsində xidmət keyfiyyətinin artırılması və şəbəkənin gücləndirilməsi istiqamətində təkmilləşdirmə işləri həyata keçiriləcək.

Metbuat.az-ın məlumatına görə, bununla əlaqədar müvafiq xidmətlərin göstərilməsində qısa fasilələrin yarana biləcəyi qeyd olunub.

Profilaktik tədbirlər yekunlaşdıqdan sonra internet xidmətinin fəaliyyəti tam bərpa ediləcək. (apa)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR