Erməni lobbisi Avropada Azərbaycanın qarşısını necə alır? - Politoloq detalları açıqladı

Erməni lobbisi Avropada Azərbaycanın qarşısını necə alır? - Politoloq detalları açıqladı
17:18 21 Noyabr 2019
100 Digər
Ölkə mətbuatı
A- A+

"Erməni lobbisinin güclü olduğu ölkələrdən biri də Bolqarıstandır. Təsadüfi deyil ki, faşist Qaregin Njde də uzun illər bu ölkədə yaşayıb. Erməni lobbisi və ona qulluq edənlər Bolqarıstanda bu gün də əhəmiyyətli rol oynayırlar".

Publika.az xəbər verir ki, bu fikirləri "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu qeyd edib.

Bolqarıstan baş nazirinin Bakıya səfərini xatırladan politoloq bildirib ki, bu ziyarətdən sonra erməni lobbisi səfərin təsirini azaltmaq üçün təcili Bolqarıstan prezidentinin İrəvana səfərini təşkil ediblər: "Azərbaycan qazının alıcıları arasında Bolqarıstan da var. Hətta Azərbaycan Dövlət Neft Şirkətinin Bolqarıstanda qazpaylayıcı işlərə başlayacağı müzakirə edilir. Ancaq həmin erməni lobbisi bunun qarşısını almaq üçün var gücüylə çalışır. Erməni lobbisi Bolqarıstan Xarici İşlər Nazirliyinə o qədər sirayət edib ki, həmin lobbi Bolqarıstanın müxtəlif ölkələrə səfir təyinatına da təsir etmək gücündədir. Bolqarıstanda Azərbaycan və Türkiyə ilə münasibətlərə önəm verən mərkəzlər, siyasətçilər və diplomatlar da var, ancaq onlar bəlli qüvvənin təzyiqi ilə də üz-üzədirlər".

Qeyd edək ki, Bolqarıstanın paytaxtında keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının bugünkü iclasında Ermənistan deputatları növbəti dəfə siyasi təxribata əl atmaq istəyiblər. Ermənistandan olan deputat elan edib ki, Azərbaycan və Ermənistan rəhbərləri dəfələrlə bildiriblər ki, Dağlıq Qarabağ məsələsi Azərbaycan, Ermənistan və "Dağlıq Qarabağ xalqının" maraqlarına cavab verməlidir. Digər erməni deputat isə Bakı - Tbilisi - Qars dəmiryol xəttindən danışaraq onun əhəmiyyətini azaltmağa çalışıb.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/296816.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR