Kürdəmirdə "VAZ" yük maşını ilə toqquşdu: ölən var

Kürdəmirdə "VAZ" yük maşını ilə toqquşdu: ölən var
17:27 21 Noyabr 2019
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Kürdəmir rayonunun Qarasaqqal kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, noyabrın 20-də saat 19 radələrində Kürdəmir rayonunun Qarasaqqal kəndi ərazisində Sabirabad rayon sakini Y.Vəliyevin idarə etdiyi "Shacman" və İsmayıllı rayon sakini Vasif Abbasovun idarə etdiyi "VAZ-21723" markalı avtomobillər toqquşub. Nəticədə "VAZ-21723"in sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Kürdəmir RPŞ tərəfindən araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/804129.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR