Bakıda yolun hərəkət hissəsində park edilmiş avtomobil bir neçə küçədə tıxaca səbəb olub

Bakıda yolun hərəkət hissəsində park edilmiş avtomobil bir neçə küçədə tıxaca səbəb olub
17:32 21 Noyabr 2019
104 Digər
Ölkə mətbuatı
A- A+

Bir qədər əvvəl Bakının Əziz Əliyev küçəsində "Porsche Cayenne" markalı minik avtomobilin yolun hərəkət hissəsində park edilib, bu isə həmin və digər küçələrdə hərəkəti tam iflic edib.
“Report” xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb. 
Onun sözlərinə görə, xüsusilə İstiqlaliyyət küçəsindən Neftçilər prospekti istiqamətində hərəkət tamamilə dayanıb, yüzlərlə insan tıxacda qalıb. Agentliyin əməkdaşlarının müdaxiləsi ilə yollarda hərəkət bərpa edilib, yolu bağlamış nəqliyyat vasitəsi qanunvericiliyə uyğun olaraq mühafizə olunan duracağa aparılıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/park-edilmis-avtomobil-bir-nece-kucede-tixaca-sebeb-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR