Görmə məhdudiyyətli insanlar üçün “Nar”ın “Canlı kitab” layihəsi davam edir

Görmə məhdudiyyətli insanlar üçün “Nar”ın “Canlı kitab” layihəsi davam edir
18:03 21 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Fiziki məhdudiyyətli şəxslərə dəstək məqsədilə “Nar”ın növbəti - “Canlı kitab” layihəsi "Radio Antenn" 101 FM-in efirində artıq ikinci aydır ki, davam edir. “Canlı kitab” layihəsində klassik və müasir Azərbaycan ədəbiyyatının, eyni zamanda dünya klassiklərinin Azərbaycan dilinə tərcümə olunmuş əsərləri audio-kitablar şəklində yazılır. Görmə məhdudiyyəti olan insanların dünyasına işıq salmaq məqsədilə həyata keçirilən layihə ilə səsli ədəbiyyat kitabxanası yaradılacaq. İndiyədək C. London, G.De Mopassan, H.Murakami, A.Çexov, C.Məmmədquluzadə, Y.V.Çəmənzəminli, Ə.Haqverdiyev, İ.Məlikzadə, K.Abdullanın əsərləri canlı səsləndirilib.

Qeyd edək ki, ötən aydan başlayaraq “Radio Antenn” 101 FM-in canlı efirində Azərbaycan və dünya ədəbiyyatının seçmə nümunələri tanınmış aktyorlar, qiraət ustaları tərəfindən səsləndirilir. Layihə başa çatdıqdan sonra bütün səsyazılarının flaşkardlar şəklində kitab oxumaqda çətinlik çəkən şəxslərə paylanması nəzərdə tutulur. Layihənin əsas məqsədi bədii ədəbiyyatı görmə məhdudiyyətli insanlar üçün əlçatan etmək, insanların ədəbiyyata marağının artmasına dəstək olmaqdır.

Qeyd edək ki, proqramı həftəiçi beş gün saat 10:00-dan 12:00-dək "Radio Antenn" 101 FM-in yayımında dinləyə bilərsiniz.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/ikt/296835.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR