“Özümü çox bədbəxt hiss edirəm” - Bella

“Özümü çox bədbəxt hiss edirəm” - Bella
19:17 21 Noyabr 2019
103 Maraqlı
Ölkə mətbuatı
A- A+

Məşhur model Bella Hədid maraqlı açıqlamalar verib.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, o, karyerasının başlanğıcında psixoloji problemlər yaşadığını bildirib. 
"Modellik karyerama 18 yaşımda başlamışam. Mənim üçün şöhrətə və ağır iş rejiminə uyğunlaşmaq çox çətin idi. Bu səbəbdən psixoloji problemlər yaşamışam. Mükəmməl həyatımın olmasına baxmayaraq, özümü çox bədbəxt hiss edirdim'',- o qeyd edib.

Daha sonra Hadid fikirlərini moda sahəsində çalışan gənclərə tövsiyə kimi bildirdiyini deyib.

"Tək istəyim bu psixoloji dövrdən keçən gənc modellərə kömək etməkdi. İndiyə qədər öz problemlərimdən danışa bilmirdim, buna hazır deyildim. İndi özümü daha yaxşı hiss edirəm",- Bella vurğulayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/804053.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR