Ronaldu "Yuventus"dan gedir - Şok iddia

Ronaldu "Yuventus"dan gedir - Şok iddia
20:05 21 Noyabr 2019
137 İdman
Ölkə mətbuatı
A- A+

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu mövsümün sonunda "Yuventus"dan ayrıla bilər.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

İddia olunur ki, "Yuventus" Ronaldunu saxlamaq üçün Çempionlar Liqasının qalibi olmalıdı. Əks halda portuqaliyalı ulduz komandadan ayrılacaq və əvvəllər çıxış etdiyi "Mançester Yunayted"ə dönəcək. Baş məşqçi Maurisio Sarri ilə aralarındakı narazılıq da ulduz futbolçunun klubdan ayrılmasına təsir edəcək. Son iki görüşdə əvəzlənməsindən narazı qalan futbolçu matç başa çatmamış stadiondan gedib.

Qeyd edək ki, Ronaldu 2003-2009-cu illərdə "Mançester Yunayted"də çıxış edib. O, 2009-cu ildə 94 milyon avroya "Real"a keçib. "Yuventus"a 2018-ci ilin yayında keçən hücumçunun müqaviləsi 2022-ci ilə qədərdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/803974.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR