BMW 767iL Goldfish - istehsala getməyən şedevr - FOTO

BMW 767iL Goldfish - istehsala getməyən şedevr - FOTO
21:05 21 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

BMW şirkətinin V12 mühərrikindən imtina etməsi bavariya markasının pərəstişkarlarını məyus edib. Sərtləşən ekoloji standartlar avtoistehsalçıları iri həcmli mühərriklərdən imtina etməyə məcbur edir. Lakin, hər zaman belə olmayıb - vaxtilə alman istehsalçısı hətta V16 mühərrikini də təklif etmək fikrinə də düşüb. Adətən 16-silindrli mühərriklərə nadir hallarda rast gəlinir və yalnız Bugatti, Cizeta və Cadillac markaları ilə bağlıdır. Buna baxmayaraq, Münhendə də belə mühərrik hazırlamaq qərarına gəliblər.

Milli.Az autograph.az-a istinadən bildirir ki, 1987-ci ildə alman istehsalçısı "Goldfish" ("Qızıl balıq") və "Secret Seven" ("Gizli Yeddi") adlı layihə üzərində çalışmalara start verib. V16 mühərriki üçün əsas M70B50 V12 aqreqatı götürülüb. Alman şirkətinin mütəxəssisləri V12 mühərrikinə dörd silindri əlavə etməklə onların sayını 16-ya çatdırıblar.  Məlum olduğu kimi o zamanlarV12 mühərrik turbokompressorlara malik deyildi, buna baxmayaraq, alman mühəndisləri 6,7-litrlik həcmə malik olan V16 aqreqatından 408 at qüvvəsi və 625 Nm fırlanma anı hasil  etməyə nail olublar. Güc aqreqatı 6-pilləli mexaniki qutu ilə tandemdə çalışırdı. Xatırladaq ki, o zaman M70B50 V12 mühərrikinin hasilatı 295 at qüvvəsi və 450 Nm fırlanma anı təşkil edirdi.

Mühərrik hazır olduqdan sonra onu E32 seriyasında olan 750iL modelinə quraşdırıblar. Bu model zavoddaxili 767iL Goldfish və ya 767iL Secret Seven adına sahib olub. Lakin, qurğunun uzunluğu baqaj bölümündə geniş soyutma sisteminin quraşdırılmasını tələb edib. Bunun üçün isə sedan yan hava girişləri və açıq arxa panel ilə təchiz edilib.

Bu gün V16 mühərriki ilə təchiz edilən BMW 7 Series bayraqdarlarının olmaması layihənin şirkət rəhbərliyi tərəfindən bəyənilmədiyindən və onun kütləvi istehsalına "yaşıl işıq" yandırılmadığından xəbər verir.  Bu gün isə V12 mühərriki də özünün son günlərini yaşayır. Hətta, BMW M GmbH bölümünün rəhbəri Markus Flaşda gələcəkdə V12 mühərrikl  ilə təchiz olunmuş yeni modelin debüt edəcəyinə inanmadığını bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/800155.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR