“Time” jurnalı gələcəyin ən nüfuzlu adamlarının reytinqini açıqlayıb

“Time” jurnalı gələcəyin ən nüfuzlu adamlarının reytinqini açıqlayıb
21:12 21 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

"Time" jurnalı ilk dəfə olaraq dünyanı dəyişəcək yenilikçi, lider və sənət adamlarının reytinqini hazırlayıb. Reytinqdə 5 kateqoriya var: "Sənətçilər" , "Müdafiəçilər", "Yenilikçilər", "Liderlər" və "Fenomenlər". Yenlikçilər siyahısında birinci yeri Into the Gloss bloqunuun və Glossier kosmetik şirkətinin qurucusu Emili Vays tutub.

Milli.Az bizplus.az-a istinadən bildirir ki, siyahıda 19 gənc iş adamı var. Onlar arasında  qadınlar üçün olan The Wing kovorkinqinin qurucusu Odri Gelman, Coinbase kriptovalyuta birjasının rəhbəri Brayan Armstronq,  Flatiron Health şirkətinin qurucuları Net Terner və Zak Vaynberq də var.

Jurnal, dünyanı istənilən yaşda dəyişməyin mümkün olduğunu göstərmək üçün yaş məhdudiyyəti qoymayıb. Reytinqin ən gənc iştirakçısı 14 yaşlı fiqurist Alisa Lyu-dur. Ən böyüyü isə 44 yaşlı İsrail siyasətçisi Ayman Odex-dir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/803474.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR