Plastik qablaşdırma əvəzinə banan yarpağı

Plastik qablaşdırma əvəzinə banan yarpağı
21:17 21 Noyabr 2019
106 Maraqlı
Ölkə mətbuatı
A- A+

Tailandda yerləşən "Rimping" supermarketinin başladığı fleşmob ekologiyanın mühafizəsinə diqqət çəkmək məqsədlidir.

Milli.Az bizplus.az-a istinadən bildirir ki, "Perfect Homes Chiangmai" adlı sosial media vasitəsinin məlumatına görə, bu supermarket plastik qablaşdırmalardan imtina edərək, banan yarpaqlarından istifadəyə başlayıb. Bu təşəbbüs nəinki alıcılar, ümumilikdə bütün ticarət sektoru tərəfindən alqışlanıb.

Hazırda təkcə Tailandın deyil, həmçinin Vyetnamın bir çox firmaları bu üsuldan istifadə etməyə başlayıb.

Alıcılar da banan yarpağına bükülü olan ərzaqları daha həvəslə aldıqlarını söyləyirlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/803468.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR