Bakıda baş verən zəncirvari qəzada 7 avtomobil əzilib

Bakıda baş verən zəncirvari qəzada 7 avtomobil əzilib
00:37 22 Noyabr 2019
143 Digər
Ölkə mətbuatı
A- A+

Bakının Ziya Bünyadov prospektində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər veirr ki, “Nissan” markalı minik avtomobili metronun “20 Yanvar” stansiyası istiqamətində hərəkətdə olan zaman eyni istiqamətdə olan “Hyundai” markalı nəqliyyat vasitəsinə çırpılıb.
Havanın yağışlı olması səbəbindən eyni istiqamətdə olan digər 5 avtomobil qəzaya uğrayan nəqliyyat vasitələrinə çırpılıb. Qəza nəticəsində iki nəfər xəsarət alıb.
Baş vermiş yol qəzası ilə əlaqədar yolun hərəkətində sıxlıq yaranıb. 











Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-bas-veren-zencirvari-qezada-7-avtomobil-ezilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR