Mario Balotelli komandasının məşqindən qovulub

Mario Balotelli komandasının məşqindən qovulub
02:32 22 Noyabr 2019
128 Digər
Ölkə mətbuatı
A- A+

İtaliya "Breşiya"sının futbolçusu Mario Balotelli komandasının məşqini vaxtından əvvəl başa vurmalı olub.
"Report"un "La Gazzetta dello Sport"a istinadən məlumatına görə, baş məşqçi Fabio Qrosso 29 yaşlı hücumçunu hazırlıq prosesindən kənarlaşdırıb. O, Balotellinin tam gücünü ortaya qoymamasını səbəb göstərib.
Paltardəyişmə otağına yollanan oyunçu oradan klubun bazasını ümumiyyətlə tərk edib. "Breşiya"nın mətbuat xidməti isə hadisənin mahiyyətini azaltmağa çalışaraq bildirib ki, təcrübəli forvard ikitəfli oyunda əvəzləndikdən sonra məşqdən ayrılıb.
Qeyd edək ki, Mario Balotelli "Breşiya"ya ötən yay azad agent kimi keçib. O, əvvəllər İtaliyanın "İnter" və "Milan", İngiltərənin "Mançester Siti" və "Liverpul", həmçinin Fransanın "Nitsa" və "Marsel" klublarının formasını geyinib.


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/mario-balotelli-komandasinin-mesqinden-qovulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR