Tramp Əfqanıstan prezidentini Amerikaya dəvət edib

Tramp Əfqanıstan prezidentini Amerikaya dəvət edib
04:22 22 Noyabr 2019
129 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp əfqanıstanlı həmkarı Əşraf Qanini ölkəsinə rəsmi səfərə dəvət edib.
“Report” xəbər verir ki, bu barədə Əfqanıstan prezidentinin rəsmi nümayəndəsi Sedik Sediki özünün “Twitter” səhifəsində bildirib. 
Onun sözlərinə görə, dəvət qəbul olunub.
Qeyd olunub ki, iki lider arasında baş tutan telefon danışığı zamanı Əfqanıstandakı mövcud vəziyyətin nizamlanması məsələsidə müzakirə olunub.
Bundan əlavə, Tramp, Əfqanıstanda Amerika Universitetindən olan iki professorun azad edilməsində etdiyi əməkdaşlığa görə Qaniyə təşəkkür edib.


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/tramp-efqanistan-prezidentini-amerikaya-devet-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR