ABŞ prezidenti növbəti müvəqqəti büdcəni imzalayıb

ABŞ prezidenti növbəti müvəqqəti büdcəni imzalayıb
04:32 22 Noyabr 2019
104 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp Konqres tərəfindən qəbul edilmiş, 20 dekabra qədər fəaliyyət göstərəcək federal hokumətin maliyyələşdirilməsini uzadan müvəqqəti büdcəni imzalayıb.
“Report” xəbər verir ki, bu barədə “The Hill” nəşri məlumat yayıb.
Müvəqqəti büdcə Konqresdəki partiyalara daha uzunmüddətli maliyyə qanunu qəbul etmək üçün möhlət verir.
2019-cu ilin yanvar ayında ABŞ Prezidenti Donald Tramp Demokratik və Respublikaçı partiyalarla ölkə tarixindəki ən uzun “şatdaun”a (shutdown) müvəqqəti son verilməsi ilə bağlı razılaşma əldə edib.
“Şatdaunlar” zamanı minlərlə federal qulluqçu yeni büdcə qəbul edilənə qədər ödənişsiz məzuniyyətə göndərilir. Bu prosesin hiss olunan cəhətlərindən biri ABŞ səfirliklərinin viza bölmələrinin fəaliyyətinin dayandırılmasıdır.


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-prezidenti-novbeti-muveqqeti-budceni-imzalayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR