“Tottenhem Hotspur” Zlatan İbrahimoviçi transfer etmək istəyir

“Tottenhem Hotspur” Zlatan İbrahimoviçi transfer etmək istəyir
06:47 22 Noyabr 2019
111 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın “Los-Anceles Qelaksi” klubunun futbolçusu Zlatan İbrahimoviç cari ilin dekabr ayında klubla müqaviləsi bitdikdən sonra Böyük Britaniyaya qayıda bilər.
“Report” xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.
Qeyd olunub ki, 38 yaşlı futbolçu ilə “Tottenhem Hotspur” klubu maraqlanır. Belə ki, klubun baş məşqçisi Joze Mourinyo Zlatan İbrahimoviçi yaxşı tanıyır və buna görə onu öz komandasında görmək istəyir.
Klub portuqaliyalı mütəxəssisin istəklərini, İbrahimoviçin transferi üçün pul ödəməyəcəyi halda nəzərə almağa razıdır. Çünki, Zlatanla “Milan” klubu da maraqlanır.
Nəşrin bildirdiyinə görə, əgər transfer həyata keçsə İbrahimoviç “Tottenhem Hotspur” klubunda Harri Keynin əvəzləyicisi skamyasında əyləşəcək.


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/tottenhem-hotspur-zlatan-i-brahimovici-transfer-etmek-isteyir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR