Azərbaycan Premyer Liqası: Bu gün "Qarabağ" və "Sumqayıt" arasında yubiley oyunu keçiriləcək

Azərbaycan Premyer Liqası: Bu gün "Qarabağ" və "Sumqayıt" arasında yubiley oyunu keçiriləcək
07:27 22 Noyabr 2019
109 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XII tura start veriləcək. "Report"un məlumatına görə, ilk oyun günündə bir matç keçiriləcək. 6 qat ölkə çempionu "Qarabağ" "Kapital Bank Arena"da "Sumqayıt"ın qonağı olacaq.
Sumqayıt şəhərinin 70 illiyinə təsadüf edəcək görüş həm də iki komanda arasında yubiley qarşılaşması kimi tarixə düşəcək. Rəqiblər 30-cu dəfə üz-üzə gələcəklər. Əvvəlki 29 oyunun 22-də qonaqlar, 4-də isə meydan sahibləri meydanı 3 xalla tərk edib. Daha 3 matçda isə heç-heçə qeydə alınıb. Topların fərqində Ağdam təmsilçisinin aşkar üstünlüyü var - 63:12. "Qarabağ" həmçinin rəqibini son 6 çempionat oyununda yenib və 16 matçdır məğlub olmur.
Hazırda Ağdam klubu 27 xalla birinci, "Gənclik şəhəri" təmsilçisi isə 14 xalla dördüncü pillədə qərarlaşıb. İlk dövrədəki oyunda "Qarabağ" 2:0 hesablı qələbə qazanıb.
Azərbaycan Premyer Liqası, XII tur
22 noyabr
19:00. “Sumqayıt” – “Qarabağ”
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Müslüm Əliyev, Rövşən Rəcəbov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Asif Əliyev
“Kapital Bank Arena”
I dövrə - 0:2.
Qeyd edək ki, noyabrın 23-də "Səbail" "Sabah"ı qəbul edəcək. Tura noyabrın 24-də keçiriləcək "Neftçi" - "Qəbələ" və "Zirə" - "Keşlə" matçları ilə yekun vurulacaq.


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/bu-gun-qarabag-ve-sumqayit-arasinda-yubiley-oyunu-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR