Dövlətdən aldığı heyvanları itlər parçaladı - Samuxda

Dövlətdən aldığı heyvanları itlər parçaladı - Samuxda
07:47 22 Noyabr 2019
128 Ölkə
Ölkə mətbuatı
A- A+

Samuxda çöl itləri təsərrüfata hücum edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə rayonun Çobanabdallı kəndində baş verib.

Belə ki, xeyli sayta çöl iti kənd sakini İltifat Abdullayevin təsərrüfatına hücum edərək bir baş xırda buynuzlu heyvanı və 7 ev quşunu parçalayaraq öldürüblər. Bundan başqa,  itlər 11 qoyuna xəsarət yetiriblər. Əraziyə rayon Baytarlıq İdarəsinin əməkdaşları cəlb olunaraq yaralı heyvanlara yardım göstəriblər.

Qeyd edək ki, İ. Abdullayev 20 baş xırdabuynuzlu heyvanı özünəməşğulluq proqramı çərçivəsində əldə edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/804202.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR