Meksikada çörək zavodunda partlayış

Meksikada çörək zavodunda partlayış
09:12 22 Noyabr 2019
44 Dünya
Ölkə mətbuatı
A- A+

Qaz çənində baş verən partlayış Meksikanın cənubundakı Oaxaka ştatındakı San-Martin-Meksikapam rayonunda bir çörək zavodunu tamamilə məhv edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində bir uşaq da daxil olmaqla ən az 11 nəfər ağır yaralanıb.

Məlumata əsasən, yaralılar xəstəxanalara və yaxınlıqdakı tibb müəssisələrinə aparılıb.

Hakimiyyət orqanları bələdiyyə və regional polis işçiləri də daxil olmaqla 100 nəfəri axtarış-xilasetmə işlərinə cəlb edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/804215.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR