Azərbaycanda 170 Hindistan şirkəti işləyir

Azərbaycanda 170 Hindistan şirkəti işləyir
09:22 22 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Eldar Canaşvili - Trend:

Azərbaycanda Hindistan kapitalı ilə 170 şirkət fəaliyyət göstərir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov deyib.

O, həmçinin yaxın gələcəkdə bu rəqəmin 2 dəfə artacağına ümid etdiyini qeyd edib.

İki ölkə arasında qarşılıqlı investisiya qoyuluşunun artması mövzusunda danışarkən V.Zeynalov bildirib ki, bu istiqamətdə turizm perspektivli sahələrdən biridir:

"Məsələn, ilin əvvəlindən Azərbaycan Hindistandan 40 min turist qəbul edib".

Konfederasiyanın vitse-prezidenti ikitərəfli münasibətlərin inkişafı üçün daha bir sahənin informasiya-telekommunikasiya texnologiyaları olduğunu da vurğulayıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/economy/3152332.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR