Azərbaycanda bu ölkənin 170 şirkəti işləyir

Azərbaycanda bu ölkənin 170 şirkəti işləyir
09:52 22 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Azərbaycanda Hindistan kapitalı ilə 170 şirkət fəaliyyət göstərir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov deyib.

O, həmçinin yaxın gələcəkdə bu rəqəmin 2 dəfə artacağına ümid etdiyini qeyd edib.

İki ölkə arasında qarşılıqlı investisiya qoyuluşunun artması mövzusunda danışarkən V.Zeynalov bildirib ki, bu istiqamətdə turizm perspektivli sahələrdən biridir:

"Məsələn, ilin əvvəlindən Azərbaycan Hindistandan 40 min turist qəbul edib".

Konfederasiyanın vitse-prezidenti ikitərəfli münasibətlərin inkişafı üçün daha bir sahənin informasiya-telekommunikasiya texnologiyaları olduğunu da vurğulayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/804229.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR