Bakıda DƏHŞƏTLİ HADİSƏ: 72 yaşlı qadın parçalanmış halda tapıldı

Bakıda DƏHŞƏTLİ HADİSƏ: 72 yaşlı qadın parçalanmış halda tapıldı
11:18 22 Noyabr 2019
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda 72 yaşlı qadının parçalanmış meyiti aşkarlanıb.

Publika.az trend-ə istinadən xəbər verir ki, paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Əliyev küçəsində həyətlərin birində üzərində xəsarətlər olan qadın meyidi tapılıb.

Araşdırma zamanı məlum olub ki, ölən şəxs ev sahibi, 1947-ci il təvəllüdlü Şəfiqə Məmmədhəsən qızı Əsədovadır.

İlkin araşdırma zamanı müəyyən edilib ki, qadın bir neçə gün əvvəl yaşadığı evin həyətində yıxılaraq xəsarət alıb və aldığı xəsarətlərdən ölüb.

Tənha yaşayan qadının ölümündən heç kim xəbər tutmadığı üçün meyit bir neçə gün həyətdə qalıb.

Nəticədə, heyvanlar tərəfindən meyitə xəsarət yetirilib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/296882.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR