Şamaxıda 2 avtomobil toqquşdu -

Şamaxı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az-ın xəbərinə görə, hadisə Bakı-Şamaxı yolunda qeydə alınıb.

25-BH-483 dövlət nömrə nişanlı, "Daewoo Nexia" markalı minik avtomobili qarşı tərəfdən gələn 56-BC-404 dövlət nömrə nişanlı, "VAZ 21015" markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində İsmayıllı rayon sakinləri, 1960-cı il təvəllüdlü Ömərova Zarina Yusif qızı və 1985-ci il təvəllüdlü Salahov Anar Salah oğlu xəsarət alıb. Yaralılar Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR