Azərbaycanda evdar qadınlara pul veriləcək ?

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova uşaqpulu məsələsinə münasibət bildirib.

Metbuat.az-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Hicran Hüseynova deyib ki, son 2 ildə dövlət başçısının təşəbbüsü ilə sosial məsələlərə böyük vəsait ayrılıb.

Dövlət Komitəsinin sədri qeyd edib ki, hələ də bir çox qadınlar işləmir: “Bir çox ölkələr evdar qadınların əməyini daha yüksək qiymətləndirmək üçün xüsusi vəsait ayırır. Biz hazırda bu məsələni qaldırmışıq. Yəni, uşaqları böyüdən qadınlara dəstək verilsə, bu, ailəyə də dəstək olar. Biz hazırda bu istiqamətdə çalışırıq”. (apa)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR