Bakıda ruhi xəstə qadın itkin düşüb

Bakıda ruhi xəstə qadın itkin düşüb
13:17 22 Noyabr 2019
83 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda ruhi xəstə olan qadın itkin düşüb.
Bu barədə “Report”a qadının yaxınları məlumat verib.
Bildirilib ki, Xocalı şəhər sakini, 49 yaşlı Nəsibova Bahar Fərman qızı noyabrın 17-də Bərdə rayonundan Bakı şəhərinə yola düşüb.
O, əvvəl Pirallahı rayonunda, daha sonra isə Xətai rayonunda yerləşən "Ana harayı" abidəsinin qarşısında görünüb.
Onun əlamətləri:  gözünün rəngi qəhvəyi, boyu - 1.65 smdir. Əynində qara yubka, açıq bənövşəyi kofta, şabalıdı rəngdə şal, dizə qədər çəkmə olub. Əlində "Quranı Kərim" və iki göy sellofan torba olub.
B.Nəsibovanı görənlərdən xahiş olunur ki, bu nömrələrlə əlaqə salanılsın: 050 613 83 53, 050 853 63 67.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-ruhi-xeste-qadin-itkin-dusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR