Emil Balayev mövsümün ən yaxşısı seçildi

Emil Balayev mövsümün ən yaxşısı seçildi
13:47 22 Noyabr 2019
105 İdman
Ölkə mətbuatı
A- A+

Qazaxıstan Premyer Liqasında başa çatan mövsümün ən yaxşıları açıqlanıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, millimizin qapıçısı Emil Balayev də siyahıda yer alıb.

"Tobol"da çıxış edən 25 yaşlı qolkiper mövsümün ən yaxşısı qapıçısı adına layiq görülüb. O, mövsümün ən uzun quru seriyası (736 dəqiqə) ilə Qazaxıstan çempionatları tarixinin ilk 5-liyinə düşüb.
Balayevin debüt mövsümündə etibarlı çıxışı ilə komandanın aparıcı üzvlərindən birinə çevrilməsi bildirilib.

Xatırladaq ki, Emil Balayevin çıxış etdiyi "Tobol" mövsümü 4-cü yerdə bitirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/804268.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR