Atatürk hansı komandanın azarkeşi olub?

19:18 16 Yanvar 2015
101 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir Məftun Salmanov/

Kolleksiyaçı Məhəmməd Yüksel Mustafa Kamal Atatürkün "Qalatasaray" klubunun azarkeşi olduğunu bildirib.

Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata əsasən, kolleksiyaçı arxivdə bunu təsdiq edən sənədlərin olduğunu deyib.

Onun sözlərinə görə, sənəddə Atatürkün "Qalatasaray" üçün "mənim də könül verdiyim klubun" ifadələri yer alıb.

M.Yüksel qeyd edib ki, Atatürkün sənəddə "Qalatasaray"ın Türkiyədə idmana töhfə verəcəyi" sözləri də yazılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR