SOCAR "Fənərbağça"ya sponsorluq edəcək? - AÇIQLAMA

Azərbaycan Dövlət Neft Şirkəti Türkiyənin “Fənərbağça” klubuna sponsorluq edəcəkləri ilə bağlı mətbuatda yer alan xəbərlərə münasibət bildirib.

Metbuat.az bildirir ki, qurumun İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov açıqlamasında bu iddianın əsassız olduğunu söyləyib.

“Mütəmadi olaraq bu cür şayələr ortalığa atılır. Bizim konkret bu istiqamətdən sponsorluq planımız yoxdur”,- o vurğulayıb.

“Fənərbağça” klubu da İctimaiyyəti Məlumatlandırma Platformasında açıqlama yayaraq, xəbəri təkzib edib: “Bəzi xəbər saytlarında ve sosial mediada “Fənərbağça”nın ad hüququnun 15 il müddətində satılması ilə bağlı şirkət adı və məbləğ göstərilməklə, danışıqlar aparıldığı yönündə məlumatlar yer almaqdadır. Həqiqəti əks etdirməyən bu xəbərlərə inanmamağı sərmayədarlarımızın diqqətinə çatdırırıq”.

Qeyd edək ki, SOCAR-ın 450 milyon avro qarşılığında “Fənərbağça”ya sponsorluq edəcəyi xəbərini Türkiyə mətbuatı yazıb. Eyni zamanda “Red Bull” şirkətinin də belə bir niyyətinin olduğu bildirilib. (report)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR