“Mən niyə istefa verməliyəm?!” -

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova haqqında yayılan istefa xəbərlərinə münasibət bildirib.

Metbuat.az xəbər verir ki, bu barədə açıqlama verən Hicran Hüseynova istefa verəcəyi barədə deyilənləri şayiə adlandırıb:

“Mən niyə istefa verməliyəm ki? Bu ayrı məsələdir. Onu cənab prezident bilər.

Prezident yaxşı bilir ki, kimə nə vaxt getmək, kimə nə vaxt gəlmək lazımdır. O hamıdan yaxşı bilir”. (modern.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR